“Sumqayıt”ın zədəlisi sıraya döndü


İdman 20 Okt 2017 11:30:00 310 0

“Sumqayıt”ın zədəlisi sıraya döndü

Azərbaycan Premyer Liqasının 9-cu turu çərçivəsində “Zirə” ilə qarşılaşacaq “Sumqayıt” bu oyuna hazırlığını davam etdirir.

Goal.az xəbər verir ki, Samir Abasovun komandası bu gün doğma meydanda növbəti məşqinə çıxıb. “Qəbələ” ilə qarşılaşmada zədələnən Vüqar Bəybalayev artıq hazırlıq prosesinə qatılıb. Bundan başqa, əvəzedici heyətin 3 üzvü də komanda ilə birlikdə çalışıb. Məşqin əvvəlində toplu çalışmalara üstünlük verən “Sumqayıt” hazırlığı ikitərəfli oyunla yekunlaşdırıb.

Qeyd edək ki, “Sumqayıt” – “Zirə” qarşılaşması oktyabrın 21-də keçiriləcək və saat 17:00-da start götürəcək.