Karlo Ançelotti milli komandadan dəvət ala bilər


İdman 19 Okt 2017 12:23:00 293 0

Karlo Ançelotti milli komandadan dəvət ala bilər

Xorvatiya Futbol Federasiyası millinin baş məşqçisi postunda dəyişiklik etmək istəyir. Goal.az xəbər verir ki, qurum bir müddət əvvəl "Bayern Munich"lə yolları ayrılan Karlo Ançelotti ilə əməkdaşlıq etmək niyyətindədir. Xorvatların baş məşqçisi postunda Ante Çaçiçin istefasından sonra müvəqqəti olaraq Zlatko Daliçdir. 58 yaşlı Ançelotti isə bir neçə ay istirahət etmək istədiyini demişdi.

Xorvatiya millisi 2018-ci il dünya çempionatına vəsiqə qazanmaq üçün Yunanıstan səddini keçməlidir. Komanda bun nail olsa belə, Daliçin baş məşqçi kimi qalacağı sual altındadır.