Elnarə Abbasova Albaniyada körpücük üzərinə çıxdı


İdman 18 Okt 2017 18:50:00 376 0

Elnarə Abbasova Albaniyada körpücük üzərinə çıxdı

15-22 oktyabr tarixlərində Albaniyanın Dürres şəhərində keçirilən yaşı 20 və 23-ə qədər gənclər arasında ağır atletika üzrə Avropa çempionatı davam edir.

Goal.az xəbər verir ki, yarışda 36 ölkədən 405 atletin (170 qadın və 235 kişi) körpücük üzərinə çıxması gözlənilir. Turnirdə Azərbaycanın gənclərdən ibarət yığma komandasının üzvləri də iştirak edirlər.

Onlardan daha biri – Elnarə Abbasova yaşı 20-yə qədər olan qadınların 63 kq çəki dərəcəsində medal mübarizəsinə qoşulub.

Atletimiz birdən qaldırma hərəkətində 80 kq-ı ram edib və 7-ci olub. Təkanla qaldırma hərəkətində millimizin üzvü 103 kq-la 5-ci pillədə qərarlaşıb.

Toplam 183 kq (80+103) nəticə göstərən Elnarə Abbasova Avropa birinciliyində 6-cı yeri tutub.