Futbolçularla meydana çıxmaq üçün 200 TL


İdman 17 Okt 2017 17:17:00 323 0

Futbolçularla meydana çıxmaq üçün 200 TL

"Antalyaspor" uşaqlarını oyundan əvvəl futbolçularla meydanda görmək istəyən ailələr üçün kampaniya başladıb. Goal.az xəbər verir ki, klub 2005-2012 təvəllüdlü uşaqların onlara müraciət etməsini istəyib. Oyun öncəsi meydana çıxan uşaqların ailəsi Anadolu klubları ilə oyunlara 200, "Galatasaray", "Fenerbahçe", "Beşiktaş" və "Trabzonspor" ilə oyunlara isə 350 TL ödəməlidir. Bunun əvəzində azyaşlılara "Antalyaspor" forması, şort və sorab veriləcək.