De Brune ilin futbolçusu seçilməsə parkda çılpaq rəqs edəcək


İdman 17 Okt 2017 13:28:00 299 0

De Brune ilin futbolçusu seçilməsə parkda çılpaq rəqs edəcək

"Manchester City"də 10 il forma geyinən sabiq futbolçu Paul Leyk futbolçuluğundan daha çox həyat yoldaşının açıqlaması ilə yaddaşlarda qalacaq.

Goal.az xəbər verir ki, Paulun xanımı Co Leyk Kevin De Brune ilin ən yaxşı futbolçusu seçilməsə parkda çılpaq rəqs edəcəyini deyib. Co twitter-də həyat yoldaşının da ona yoldaşlıq edəcəyini bildirib. 

Co Leyk cari mövsümdə adından söz etdirən belçikalının performansını bu tempdə davam etdirəcəyindən əminliyini "Kevin de Brune ilin futbolçusu seçilməsə, Paulla "Kwik Save Stockport"-da çılpaq rəqs edəcəyik" yazaraq ifadə edib.

Jo daha sonra yazdığının zarafat olduğunu, Kevinin gözəl oyununa diqqət çəkdiyini bildirib.

Xatırladaq ki, Paul Leyk "Manchester City"də 110 oyun keçirib.