Foqts: "Bayern Munich"in baş məşqçisi postuna əsas namizəd Kloppdur"


İdman 17 Okt 2017 12:15:00 342 0

Foqts: "Bayern Munich"in baş məşqçisi postuna əsas namizəd Kloppdur"

Azərbaycan millisinin sabiq çalışdırıcısı Berti Foqts "Bayern Munich"in yenidən baş məşqçi Yupp Haynkesə ehtiyac duymasına toxunub. Goal.az xəbər verir ki, "Sport1" nəşrinə açıqlamasında təcrübəli mütəxəsis bunları deyib:

"Haynkesin mövsümün sonunda "Bavariya"dan gedəcəyinə əmin deyiləm. Mənə elə gəlir ki, bu qərar klubun hansı mütəxəsislə anlaşmaq imkanından asılı olacaq. Söhbətin beynəlxalq təcrübəsi olan mütəxəsisdən getdiyi açıq-aşkardır. Bu baxımdan Klopp əsas namizəddir. Tuxeli isə bu kateqoriyaya daxil edə bilmərəm".