FİFA-nın yeni reytinq cədvəlində yenə gerilədik


İdman 16 Okt 2017 13:29:00 331 0

FİFA-nın yeni reytinq cədvəlində yenə gerilədik

FİFA milli komandaların növbəti reytinq cədvəlini açıqlayıb. Goal.az xəbər verir ki, ötən ayla müqayisədə Azərbaycan milli komandası 23 pillə geriləyib. Millimiz 273 xalla 115-ci yerdə qərarlaşıb.Siyahnın ilk pilləsində dəyişiklik olmayıb. DÇ-2018-in seçmə mərhələsində millimizlə eyni qrupda mübarizə aparan Almaniya liderliyini davam etdirir. Dünyanın ən 10 komandası sırasına İspaniya (11-ci pillədən) və Peru (12-ci pillədən) da qoşulub.

Qeyd edək ki, millimiz DÇ-2018-in seçmə mərhələsinin son oyunlarında Çexiyaya 1:2, Almaniya yığmasına isə 1:5 hesabı ilə uduzmuşdu.