Şakira: "Pike kimi futbolçu tapmaq çox çətindir"


İdman 16 Okt 2017 12:32:00 327 0

Şakira: "Pike kimi futbolçu tapmaq çox çətindir"

Məşhur müğənni və Jerar Pikenin həyat yoldaşı Şakira "Mundo Deportivo" nəşrinə açıqlama verib. Goal.az xəbər verir ki, kolumbiyalı ifaçı Pikenin katalon klubuna bağlılığına toxunub.

"Jerar bütün qəlbi ilə "Barcelona"ya sadiqdir. O, klubun mühafizəçisinə çevrilib. Pike kimi futbolçu tapmaq çox çətindir. Futbolçular müəyyən mənada muzdludur. Onlar gəlir-gedir, başqa klublara keçirlər".

Pike Kataloniyanın müstəqilliyini istəməsi, "Real Madrid" və İspaniya hökumətinin əleyhinə kəskin açıqlamaları ilə seçilir.