"Galatasaray" 12 il əvvəlki nəticəsini təkrarladı


İdman 15 Okt 2017 16:17:00 359 0

"Galatasaray" 12 il əvvəlki nəticəsini təkrarladı

Türkiyə Superliqasının 8-ci turunda "Konyaspor"u səfərdə 2:0 məğlub edən "Galatasaray" turnir cədvəlindəki liderliyini möhkəmləndirib. "Sarı qırmızılar"ın aktivində hazırda 22 xal var. Goal.az xəbər verir ki, İstanbul klubu 12 il aradan sonra analoji nəticəyə nail olub. "Galatasaray" 2005/06 mövsümündə Erik Qeretsin baş məşqçi olduğu dönəmdə də 8 tura 22 xal toplamışdı. Həmin mövsüm "Cim bom" Türkiyə çempionu olmuşdu.

"Aslanlar" Türkiyə çempionatında 3 xallıq sistem tətbir olunandan bəri 1987/88, 2001/02 mövsümlərində də ilk 8 oyundan sonra aktivinə 22 xal yazdırmışdı.