"Beşiktaş"da "günah keçisi" Taliska oldu


İdman 15 Okt 2017 15:35:00 343 0

"Beşiktaş"da "günah keçisi" Taliska oldu

"Beşiktaş"ın braziliyalı yarımmüdafiəçisi Anderson Taliskanın Türkiyə Superliqası və Çempionlar Liqasındakı performansı arasında ciddi fərq var. Oğuzhan Özyakup, Cenk Tosun və Tolqay Arslan onun "xəsis" davrandığı və fərdi keyfiyyətləri sayəsində oyunu öz üzərinə götürməsindən narazıdır. Goal.az xəbər verir ki, Superliqanın 8-ci turunda keçirilən "Genclerbirliği" - "Beşiktaş" (2:1) matçında məğlubiyyətin səbəbkarlarlndan biri kim Taliska göstərilir. "Beşiktaş" rəhbərliyi "Monaco" ilə Çempionlar Liqasında keçiriləcək oyuna qədər mətbuatla ünsiyyətdən imtina edib. Klub idarəçiləri öz aralarında keçirdiyi müzakirədə məğlubiyyətə əsas səbəb kimi baş məşqçi Şenol Güneşin yersiz rotasiyalara yol verməsini görüb.

Qeyd edək ki, "qara qartallar" bu mövsüm 8 oyuna 20 sarı, 5 qırmızı vərəqə görüb. Rəhbərlik bunun qarşısını almaq üçün cərimə tətbiq etməyi düşünür.