Messi xoşagəlməz statistikanı təkrarlayıb


İdman 15 Okt 2017 13:11:00 349 0

Messi xoşagəlməz statistikanı təkrarlayıb

İspaniya La Liqasının 8-c turunda "Atletico"nun qonağı olan "Barcelona" 1:1 hesablı bərabərliyə razılaşıb. Katalonların heyətində Luis Suarez fərqlənərək komandasına 1 xal qazandırıb. Goal.az xəbər verir ki, "Barcelona"nın argentinalı ulduzu Lionel Messi bu görüşdə qol vurmamaqla xoşagəlməz statistikasını təkrarlayıb. O, 14 ay ərzində Primeranın ardıcıl 3 səfər qarşılaşmasında fərqlənə bilməyib. Messi "Girona" (4:0) və "Getafe" (2:1) ilə oyunları da boş keçmişdi. Sonuncu dəfə bu, 2016-cı ilin aprel-avqust aylarında qeydə alınmışdı.