"Hertha" Donald Trampa etiraz etdi


İdman 15 Okt 2017 11:51:00 379 0

"Hertha" Donald Trampa etiraz etdi

Almaniya Bnudesliqasının 8-ci turunda keçirilən "Hertha" - "Schalke" oyunundan (0:2) öncə maraqlı hadisə qeydə alınıb. Goal.az xəbər verir ki, Berlin klubunun futbolçuları və məşqçi heyəti ABŞ prezidenti Donald Tramp və polis zorakılığına etiraz olaraq diz üstə çöküblər. Bu jest ilk dəfə ötən il "San Francisco 49" reqbi komandasının üzvü Kolin Kaepernik tərəfindən edilmişdi. Daha sonra Milli Futbol Liqasının (NFL) nümayəndələri irqçilik və zorakılığa qarşı analoji jestdən itifadə etməyə başladı. "Hertha" buna qoşulan ilk Avropa futbol klubu olub.

"Hertha" tolerantlıq və məsuliyyəti dəstəkləyir" - klubun tvitter səhifəsindən verilən açıqlamada deyilir.