"Manchester City" şəxsi rekordunu təkrarlayıb


İdman 15 Okt 2017 10:31:00 338 0

"Manchester City" şəxsi rekordunu təkrarlayıb

İngiltərə Premyer Liqasının 8-ci turunda "Stoke City"ni qəbul edən "Manchester City" 7:2 hesablı qələbə qazanıb. Goal.az xəbər verir ki, "şəhərlilər" çempionat matçında 7 qol vuraraq şəxsi rekordunu təkrarlayıb. 2013/14 mövsümündə "City" evdə "Norwich City"ni 7 cavabsız qolla darmadağın etmişdi.

"Stoke City" ilə oyunun ən yaxşısı "manikunianlar"ın heyətində 100-cu matçına çıxan Kevin De Bruyne seçilib. 66 dəqiqə meydanda olan belçikalı yarımmüdafiəçi 2 məhsuldar ötürmə ilə yadda qalıb.

Qeyd edək ki, komanda ilk 8 turda 29 qol vurub. Bu statistikaya görə "City" 1894/95 mövsümündə 8 turdan sonra 30 qol vuran "Everton"dan geri qalıb.