Levandovski: "Qızıl top heç vaxt mənim hədəfim deyil" - MÜSAHİBƏ


İdman 14 Okt 2017 18:15:00 338 0

Levandovski: "Qızıl top heç vaxt mənim hədəfim deyil" - MÜSAHİBƏ

- Yaxşı oynadıq. Zədəyə görə Çempionlar Liqasında "Real"a qarşı ilk oyunu buraxmasaydım, finala çıxmaq şansımız olardı. Oyuna tam hazır çıxsaydım, yarımfinala vəsiqə qazana bilərdik. sonra kim bilir, Çempionlar Liqasında qalibiyyət gələrdi.

"Bayern Munich" və Polşa millisinin hücumçusu Robert Levandovski medianın suallarını cavablandırıb. Goal.az müsahibəni təqdim edir.

- "Bayern"nin Karlo Ançelottinin rəhbərliyi altında keçirdiyi mövsüm barədə fikirlərin...

- Bundesliqada "Borussia"dan 5 xal geri qalırsız, Çempionlar Liqasında isə PSG-yə 0:3 məğlub oldunuz. Bundan sonra Ançelottinin əvəzinə Yupp Haynkes gəldi. Gələcəklə bağlı nə düşünürsən?

- Yeni məşqçi ilə yeni sınaq bizi gözləyir. Bəzən mövsümün ortasında məşqçi dəyişikliyi asan deyil. Amma toparlanmaq lazımdır. Mövsümün sonuna çox oyun var. Çempionlar Liqasında Paris klubuna məğlubiyyətdən sonra qrupdan çıxmaq üçün çalışmalıyıq. Kim bilir, bəlkə, Çempionlar Liqası və Bundesliqanın qalibi olduq.

- "Bavariya"nın İdarə Heyətinin sədri Karl-Haynz Rummenige "Real"ı sənin "arzularının klubu" adlandımışdı.

- Onun nə dediyini dəqiq bilmirəm. Bəlkə də, bunu Rummenigenin özündən soruşmalısız. Həmin sözləri harda və necə dediyi barədə məlumatım yoxdur. Bu fikirlərin hansı qəzetdə çap olunması da önəmlidir.

- Ötən il "Qızıl top" seçimlərini ciddi tənqid etmişdin. 16-cı olub son 3 namizəd sırasına çıxmamağını "kabare" adlandırmışdın. Səbəbi nədir?

- Bəzi futbolçuların 50, 5 və ya 25-ci olmasını anlamıram. Sadəcə finala qalan 3 futbolçu önəmlidir. Buna görə ötən il biraz sarsılmışdım. "Bayern Munich" kimi klubda Çempionlar Liqasının yarımfinalında oynamaq, Bundesliqada çoxlu qol vurmaq, ÇL-nın 2-ci bombardiri olmaq gözardı edilməməlidir. Hansı yerdə olduğumu bilmirəm. Amma bu, biraz gülməli idi.

- "Qızıl top"a namizəd olmaq sənə çox önəmlidir?

- Bunun vacib məsələ olduğunu deməzdim. "Bavariya"nın uğuru daha önəmlidir. Biz Çempionlar Liqası finalına çıxıb yenidən Bundesliqanı qazansaq, "Qızıl top" barədə danışmaq olar. Bu mükafat heç vaxt mənim hədəfim deyil.

- "Borussia" və "Bavariya" ilə Bundesliqa çempionu olmusan. ÇL-da bir dəfə final oynayıb uduzmusan. İndi əsas hədəfin bu turnir sayıla bilər?

- Bundesliqa və Almaniya Kubokunu dəfələrlə qazanandan sonra başqa titullar haqda düşünməyə başlayırsan. Ötən mövsüm yaxşı oynasaq da, futbolda zəif keçirdiyin bir neçə dəqiqə Çempionlar Liqasından kənarda qalmağa kifayət edir.

- 2010-cu ildə adın "Borussia" ilə yanaşı, "Blackburn Rovers"lə də hallanırdı. Karyeranı İngiltərədə davam etdirməyə nə mane oldu?

- İslandiyada baş verən vulkan püskürməsinə görə Blekbernə uça bilmədim. Ora səfərim alınsaydı, mənim üçün ən yaxşı klubu seçərdim. Gedə bilməsəm də, hər halda, "Blackburn" ikinci variant idi. Ola bilsin, onların stadionu və hər şeyini görəndən sonra əsas seçimim bu klub olacaqdı. "Borussia"da oynamaq istəsəm də, başqa təklifləri də nəzərdən keçirirdim.

- Polşa millisinin 2018-ci il dünya çempionatındakı şansını necə dəyərləndirirsən?

- Demək çətindir. Hazırda Polşa yaxşı futbolçulardan ibarət güclü komandadır. Bizim böyük potensialımız var, amma inkişaf etdiriləsi yönlərimiz mövcuddur. Qrupda rəqiblərin müəyyənləşməsini gözləməliyik. Dünya çempionatında hər oyun önəmlidir.

- Ötən həftə universiteti bitirib bakalavr dərəcəsini aldın. Futbolla paralel olaraq təhsili davam etdirməyə motivasiyan nə idi?

- Buna 10 il əvvəl başladım. Amma birinci ildən sonra təhsili davam etdirməyə vaxt tapmadım. Universiteti bitirmək ona görə uzun sürdü. Anam mənə deyirdi ki, başladığın işi başa çatdır. Tədricən irəli getməklə buna nail olacağıma inanırdım. İndi çox xoşbəxtəm. Çünki övladlarıma deyəcəm ki, atanız futbolla bərabər təhsil almağa da vaxt tapıb.