Viera: "Belə bir sınağa hələ hazır deyiləm"


İdman 14 Okt 2017 15:51:00 391 0

Viera: "Belə bir sınağa hələ hazır deyiləm"

"New York City" klubunun baş məşqçisi Patrik Viera adının ABŞ millisi ətrafında hallanmasına münasibət bildirib. Goal.az xəbər verir ki, gənc mütəxəsis bu işə hazır olmadığını deyib.

"Adımın ABŞ millisi ilə hallanması məni sevindirir. Amma belə bir sınağa hələ hazır deyiləm. Məndən daha yaxşı namizədlər var. Həmin post üçün düzgün seçim deyiləm".

ABŞ millisi 2018-ci il dünya çempionatından kənarda qalıb. Oktyabrın 13-də Bryus Arena millinin baş məşqçisi postundan istefa verdiyini açıqlamışdı. Vieranın rəhbərlik etdiyi "New York City" MLS-in Şərq Konfransında çıxdığı 32 oyundan 56 xal toplamaqla turnir cədvəlində 2-ci pillədə qərarlaşıb.