Çin Superliqasına Avropa və Amerikadan hakimlər dəvət olunub


İdman 14 Okt 2017 14:29:00 335 0

Çin Superliqasına Avropa və Amerikadan hakimlər dəvət olunub

Çin Futbol Federasiyası bu həftədən etibarən yerli çempionat oyunlarını idarə etmək üçün avropa və amerikalı hakimləri dəvət edəcək. Goal.az xəbər verir ki, qurum rəsmi bəyanatında Yonas Eriksson, Toni Şapron kimi təcrübəli hakimlərin çinli həmkarlarına seminar və master-klass keçəcəyi də vurğulanıb. Çin Superliqasında 2018-ci ilə kimi videotəkrar sistemindən istifadə olunması da planlaşdırılır.

Sentyabrda baş tutan "Tianjin Quanjan" - "Tianjin Teda" qarşılaşmasından federasiya hər iki komanda ilə bağlı iş açmışdı. Bu matçda "Tianjin Teda" 4:1 hesabıyla qalib gəlmişdi. Oyun nəticəsinin öncədən razılaşdırılması güman olunur.