PSG prezidenti sabiq FİFA məmuruna İtaliyada villa bağışlayıb


İdman 14 Okt 2017 13:12:00 432 0

PSG prezidenti sabiq FİFA məmuruna İtaliyada villa bağışlayıb

PSG prezidenti Naser əl-Xəlaifi FİFA-nın sabiq baş katibi Jerom Valka rüşvət verməkdə ittiham olunur. Goal.az xəbər verir ki, qətərli funksioner eks məmura Sardiniya adasında yerləşən villa hədiyyə edib. Əvəzində Əl-Xəlaifinin rəhbərlik etdiyi "BeİN Sports Group" qarşıdakı 4 dünya çempionatının teleyayım hüququna sahib çıxıb. İtaliya polisi İsveçrə hökumətinin nümayəndələrinin iştirakı ilə Villa Blanca-da axtarış aparıb. PSG prezidentinə qarşı korrupsiya işi də açılıb.