"Qarabağ" UEFA-nın daha bir siyahısına salınıb


İdman 14 Okt 2017 11:08:00 281 0

"Qarabağ" UEFA-nın daha bir siyahısına salınıb

UEFA Avropa kubokları tarixində ən çox qol vuran klubların reytinqini açıqlayıb. Goal.az xəbər verir ki, qurumun rəsmi saytında açıqlanan siyahıda “Qarabağ” da yer alıb. Ağdam komandası 177-ci yeri tutur. “Qarabağ” Avropa turnirlərində keçirdiyi 86 matçda 87 qol vurub. Bu, hər oyuna orta hesabla  1.01 qol deməkdir.  Siyahıya “Real Madrid” başçılıq edir (520 oyuna 1104 qol). “Barcelona” ikinci (468 oyuna 926 qol), “Bayern Munich” isə üçüncü (439 oyuna 926 qol) yeri tutur.