FİDE prezidenti səlahiyyətlərindən məhrum olunub


İdman 13 Okt 2017 19:23:00 362 0

FİDE prezidenti səlahiyyətlərindən məhrum olunub

Kirsan İlümjinovun Beynəlxalq Şahmat Federasiyasının (FİDE) prezidenti səlahiyyətləri əlindən alınıb. Goal.az xəbər verir ki, bu barədə FİDE İcraiyyə Komitəsinin Antalya şəhərindəki Konqresində qərar qəbul olunub. Toplantıda İlümjinovun səlahiyyətlərinin onun müavini Georgios Makropulosa ötürülməsi yekdilliklə təsdiqlənib. Eyni zamanda ondan 2018-ci ilin sentyabrında Bakıda keçiriləcək seçkidə namizədliyini irəli sürməməsi tələb olunub. İcraiyyə Komitəsi üzvlərindən 37-si qərarın lehinə, 20-si əleyhinə səs verib. Kirsan İlümjinov FİDE-yə 1995-ci ildən rəhbərlik edib.