Premyer Liqada sentyabr ayının ən yaxşı futbolçusu açıqlanıb


İdman 13 Okt 2017 17:05:00 310 0

Premyer Liqada sentyabr ayının ən yaxşı futbolçusu açıqlanıb

"Tottenham"in hücumçusu Harri Keyn sentyabr ayında Premyer Liqanın ən yaxşı futbolçusu seçilib. Goal.az xəbər verir ki, 24 yaşlı forvard karyerasında 5-ci dəfə bu mükafata sahib çıxıb. Bu göstərici ilə Ueyn Runi və Robin Van Persiyə çatan Keyn yalnız "Liverpool"un əfsanəsi Stiven Cerrarddan geri qalır. Cerrard 6 dəfə Premyer Liqada "Ayın futbolçusu" olub. Keyn sentyabrda çıxdığı 4 oyunda 6 dəfə fərqlənib. O, Serxio Aquero (Manchester City), Kevin De Bruyne (Manchester City), Paskal Qross (Brighton), Camal Lassells (Newcastle United), Romelu Lukaku (Manchester United) və Alvaro Moratanı (Chelsea) qabaqlayıb. Qeyd edək ki, sentyabrın ən yaxşı qolu "Manchester United"in futbolçusu Antonio Valensiyanın "Everton"a vurduğu qol seçilib.