Nasri: "Xəstəxanada heç kim görüşümə gəlmədi"


İdman 13 Okt 2017 16:44:00 363 0

Nasri: "Xəstəxanada heç kim görüşümə gəlmədi"

"Antalyaspor"un yarımmüdafiəçisi Samir Nasri Fransanın "Canal+" telekanalına açıqlamasında maraqlı məqamlara toxunub. Goal.az xəbər verir ki, 30 yaşlı havbek futbol dünyasının riyakar insanlarla dolu olduğunu bildirib.

"Şübhəsiz, futbol dünyası ikiüzlülərlə doludur. Mən güzgüdə özümə baxa bilirəm. Bəziləri təkəbbürlü olduğumu düşünür, amma səmimi danışıram. Əvvəllər düşünürdüm ki, hər şey idealdır. "Marseille"də keçirdiyim son ildə 12 gün meninqitə görə xəstəxanada yatdım. Həmin vaxt insanların başqa üzünü gördüm. "Marseille"in şahzadəsi olanda, millidə oynayanda əhatəmdə insan qaynayırdı. Amma xəstəxanada heç kim görüşümə gəlmədi. Jurnalistlətlər də həmçinin. Sonradan lovğa olduğumu deməyə başladılar. Çünki sağalandan sonra dəyişdim və səmimi olub gördüyüm səhvləri demək qərarına gəldim".