Xorxe Sampaoli Çilinin fiaskosunu öncədən təxmin edib


İdman 13 Okt 2017 12:40:00 375 0

Xorxe Sampaoli Çilinin fiaskosunu öncədən təxmin edib

Çili millisinin sabiq baş məşqçisi Xorxe Sampaoli 2015-ci ildə komandanın dünya çempionatına çıxa bilməyəcəyini deyib. Goal.az xəbər verir ki, "Las Ultimas Noticas" onun 2 il öncəki açıqlamasını yayıb. Təcrübəli mütəxəsis milli üzvlərini qeyri-peşəkarlıq və rejim qaydalarını gözləməmkdə ittiham edir.

"Elə futbolçular var ki, artıq tələblərə cavab vermir. Varqas getdikcə daha pis təsir bağışlayır. Matias Fernandes də mən yaratmaq istədiyim milli komanda səviyyəsində futbolçu deyil. Piniyla isə ancaq bayramlar haqqında düşünür. Onlardan heç biri qarşıdan gələn təsnifat mərhələsində oynamağa hazır deyil. Vidal isə içki şüşəsinə sarılmağı sevir və özünə nəzarət edə bilmir. Təyyarə ilə Limaya gedirdik. Mənə yaxınlaşıb soruşdu ki, hava limanında aldığı pivə içə bilərmi. Mənfi cavab verdim. Çili Futbol Federasiyasından bu məsələni diqqətdə saxlamağı istədim. Amma Vidal və başqaları istənilən halda viski açdı. Medel içməsə belə, əylənməyi sevir. Aleksis Sançez hərdən qulaqcıqla yuxudan durur və heç kimlə ünsiyyət qurmadan səhər yeməyi yeyir. Onlar məsuliyyəti Bravonun üzərinə qoyur. Komandanı Pitilyo bandası nəzarətdə saxlayır. Belə davam edib nəzərəçarpacaq dəyişikliklər etməsək, milli komanda, çətin ki mundiala getsin".

Çili mətbuatına görə Pitilyo bandasına Qonzalo Xara, Arturo Vidal, Jan Bosejur, Xorxe Valdiviya və Maurisio Pinilya daxildir. Sampaoli 2012-16-cı illərdə komandanın baş məşqçisi olub. Çili DÇ-2018-in seçmə mərhələsinin Cənubi Amerika zonasında 6-cı yeri tutaraq dünya çempionatından kənarda qalıb.