"Tottenham"in futbolçusu məşqlərə başladı


İdman 12 Okt 2017 18:37:00 330 0

"Tottenham"in futbolçusu məşqlərə başladı

“Tottenham”in uzun müddət zədədən əziyyət çəkən futbolçusu Erik Lamela məşqləri bərpa edib. Goal.az xəbər verir ki, keçən ilin oktyabrında budundan zədə alan 25 yaşlı yarımmüdafiəçi bu ilin mart ayında əməliyyat olunmuşdu. Lamelanın noyabrda tam hazır olacağı gözlənilir. Argentinalı futbolçu 2013-cü ildən London klubunda çıxış edir.