"Pikenin fikirləri ilə həmişə razı deyiləm, amma onun azarkeşiyəm"


İdman 12 Okt 2017 16:49:00 364 0

"Pikenin fikirləri ilə həmişə razı deyiləm, amma onun azarkeşiyəm"

"Atletico Madrid"in müdafiəçisi Filipe Luis "Barcelona"nın müdafiəçisi Jerar Pike haqqında xoş fikirlər səsləndirib. Goal.az xəbər verir ki, braziliyalı futbolçu Kataloniyanın müstəqilliyi məsələsinə də toxunub.

"Pikenin fikirləri ilə həmişə razı deyiləm, amma onun azarkeşiyəm. O, Arbeloa kimi öz fikirlərini ifadə etməkdən çəkinmir. İnsanların danışıb şöhrətin arxasında gizlənməməsi lazımdır. Böyük futbolçular bu nümunəni nəzərə almalıdır. Kataloniyanın müstəqilliyi ilə bağlı debata qalanda bunları müntəzəm izləyirəm, amma başa düşə bilmirəm. Separatçıların fikrinə hörmət edə bilərəm, amma anlamıram. Mən sərhədləri açan və birləşdirən dünyanı sevirəm. Braziliyanın çatışmazlıqları çoxdur. amma insanlar xalqı ilə fəxr edir. Sağçı, solçu, mötədillər fərq etmir. Amma katalonlarla bağlı vəziyyətdə onların nə düşündüklərini bilmirəm. Bəlkə də, onların övladlarının gələcəyi daha yaxşı olacaq".