Gənclər arasında Dünya çempionatında ilk qadın referi


İdman 12 Okt 2017 16:30:00 338 0

Gənclər arasında Dünya çempionatında ilk qadın referi

17 yaşadək futbolçular arasında keçirilən dünya çempionatında qadın hakim də olacaq. Goal.az xəbər verir ki, FİFA isveçrəli Ester Ştoyblini Yaponiya - Yeni Kaledoniya matçına referi təyin edib. Oktyabrın 14-də başlayacaq görüş Hindistanın Kalkutta şəhərində olacaq.

38 yaşlı Ştoybli turnirə dəvət alan 7 qadın hakimdən biridir. O, 2015-ci ildə qadınlar arasında dünya çempionatının, Çempionlar Liqasının finalını idarə edib. Həmçinin Rio-2016 Olimpiya Oyunlarında qadın futbolçular arasındakı yarışa təyin olunub.