"Porto" hücumçusu ilə müqavilə yenilədi


İdman 12 Okt 2017 16:11:00 309 0

"Porto" hücumçusu ilə müqavilə yenilədi

"Porto" Vensan Abubakarla müqaviləni yeniləyib. Goal.az xəbər verir ki, 25 yaşlı futbolçu ilə 2021-ci ilə kimi yeni anlaşma imzalanıb. Abubakarın buraxılış qiyməti 50 milyon avroya yüksəldilib. "Porto" 7.2 milyon avroya onun imic hüquqlarının 60%-nə də sahib çıxıb. Bu mövsüm Portuqaliya Liqasında 8 oyuna çıxan kamerunlu forvard 6 qol vurub.