"Liverpool"un sabiq qapıçısı depressiyadan müalicə alıb


İdman 12 Okt 2017 14:18:00 369 0

"Liverpool"un sabiq qapıçısı depressiyadan müalicə alıb

"Liverpool" və İngiltərə millisinin sabiq qapıçısı Kris Kirklend depressiyadan müalicə alıb. Goal.az xəbər verir ki, Kirklend psixi gərginlikdən necə çıxdığını izah edib.

"Növbəti addımı atmaqda tərəddüd edirdim. Buna görə futboldan uzaqlaşdım. Psixi problemlərdən sonra özümü yenidən toparlamalı oldum. İndi bu haqda danışmaq mənə asan gəlir. Çünki vəziyyətdən çıxış yolunu gördüm. Başqa futbolçulara məsləhət verərdim ki, dərdlərini danışsınlar. Ünsiyyətdə olmayana kimi depressiyadan çıxış yolu görmürdüm. Qorxum vardı. Bunları danışmaq sənə və ailənə kömək edir".