Millimizlə oyunda zədələnən müdafiəçi "Arsenal"a kömək edə bilməyəcək


İdman 12 Okt 2017 13:03:00 371 0

Millimizlə oyunda zədələnən müdafiəçi "Arsenal"a kömək edə bilməyəcək

"Arsenal" və Almaniya millisinin müdafiəçisi Şkodran Mustafi 4-5 həftə müddətinə sıradan çıxıb. Goal.az xəbər verir ki, 25 yaşlı futbolçu millimizlə DÇ-2018-in seçmə mərhələsində keçirilən son oyunda zədə almışdı. "Arsenal"ın baş məşqçisi Arsen Venqer onun bərpa müddəti barədə danışıb.

Mustafi "topçular"ın "Watford", "Everton", "Swansea City", "Manchester City" və "Tottenham"lə oyunlarını buraxmalı olacaq.