"Arsenal"ın sabiq futbolçusu karyerasını bərpa edib


İdman 12 Okt 2017 11:13:00 391 0

"Arsenal"ın sabiq futbolçusu karyerasını bərpa edib

İngiltərə milli komandasının və "Arsenal" klubunun sabiq yarımmüdafiəçisi Pol Merson 49 yaşında futbolçu karyerasını bərpa etməyi qərara alıb. Goal.az xəbər verir ki, Merson Uels çempionatının IV Divizionunda çıxış edən "Kerau" ilə müqavilə imzalayıb. Onun yeni komandasında ilk matçını oktyabrın 18-də keçirəcəyi gözlənilir.

Qeyd edək ki, Pol Merson karyerası ərzində "Arsenal"la Kuboklar Kuboku, İngiltərə Kuboku, Liqa Kuboku qazanıb. O, İngiltərə yığmasının heyətində 1998-ci il dünya çempionatına qatılıb. 2006-cı ildə karyerasını başa vurmuş Mersonun son klubu İngiltərə V Divizionunda çıxış edən "Tamuort" olub.