PSG gənc futbolçu ilə maraqlanır


İdman 11 Okt 2017 18:21:00 299 0

PSG gənc futbolçu ilə maraqlanır

"Genoa"nın hücumçusu Pyetro Pelleqri PSG-nin maraq dairəsinə düşüb. Goal.az xəbər verir ki, Paris klubu 16 yaşlı futbolçu ilə əlaqədar qarşı tərəfə sorğu göndərib. Amma gənc forvard ən azı 2 il Genuya klubunda qalmaq istəyir. Pelleqri 21-ci əsrdə "Böyük beşlik" liqalarında ən gənc dubl müəllifidir. O, A Seriyasının 4-cü turunda "Lazio"nun qapısına (2:3) 2 dəfə yol tapmışdı. Onunla "Chelsea" və "Manchester United" də maraqlanır.