Arturo Vidal milli karyerasını başa vurdu


İdman 11 Okt 2017 18:00:00 331 0

Arturo Vidal milli karyerasını başa vurdu

Arturo Vidal Çili millisində karyerasını başa vurduğunu açıqlayıb. Goal.az xəbər verir ki, 30 yaşlı yarımmüdafiəçi sosial şəbəkədə Çilinin ardıcıl 2 Amerika Kubokuna sahib çıxmasını xatırlayaraq azarkeşlərə və komanda yoldaşlarına təşəkkür edib.

"Uşaqlar, bu illər ərzində birlikdə etdiyim hər şeyə, meydanda can qoyduğumuza, ölkəyə və bir-birimizə çox şey öyrətdiyimizə görə sizə minnətdaram. Özümü məyus hiss edirəm. Amma bu futbolçular və məşqçi heyəti ilə fəxr edirəm".

Vidal milli karyerası ərzində 95 oyun keçirib və 23 qol vurub. O, 2017-ci il Konfederasiyalar Kubokunun gümüş mükafatçısı da olub.