Amerikanın media agentliyi A Seriyasının teleyayım hüquqlarına yiyələnib


İdman 11 Okt 2017 16:52:00 396 0

Amerikanın media agentliyi A Seriyasının teleyayım hüquqlarına yiyələnib

Amerikanın "IMG" media agentliyi İtaliya A Seriyası, kuboku və Superkuboku oyunlarının teleyayım hüquqlarına yiyələnib. Goal.az xəbər verir ki, çempionatda çıxış edən 20 komandadan 18-i buna razılıq verib. Müqavilə növbəti həftədən qüvvəyə minəcək. Anlaşmanın müddəti 2021-ci ilə kimidir. Müqavilənin imzalamasından "Juventus"un direktoru Beppe Marotta və İtaliya Futbol Federasiyasının prezidenti Karlo Tavekkio xüsusilə razı qalıb. "IMG" bunun üçün illik 371 milyon avro ödəyəcək. "Napoli"nin prezidenti Aurelio De Laurentis isə bunu aşağılayıcı və yöndəmsiz adlandırıb. Qeyd edək ki, "MP&Silva" kompaniyası A Seriyası oyunlarını yayımlamaq üçün illik 186 milyon avro ödəyirdi.