İslandiya prezidenti oyunu sadə azarkeş kimi izlədi


İdman 10 Okt 2017 12:22:00 330 0

İslandiya prezidenti oyunu sadə azarkeş kimi izlədi

İslandiya prezidenti Qudni Yohansson ölkəsinin futbol üzrə yığma komandasının oyununu azarkeşlərlə birgə izləyib.

Goal.az xəbər verir ki, dövlət başçısı 2018-ci il dünya çempionatının seçmə mərhələsinin sonuncu – X turu çərçivəsində Kosovoya qarşı görüşə VİP lojadan deyil, azarkeş tribunasından baxmağı üstün tutub.

Oyun islandiyalıların 2:0 hesablı qalibiyyəti ilə nəticələnib. Bu qələbədən sonra xalını 22-ə çatdıran İslaniya yığması İ qrupunda 1-ci olub və mundiala birbaşa vəsiqə qazanıb. Bu, həm də şimallıların iştirak edəcəkləri ilk dünya çempionatı olacaq.

Qeyd edək ki, İ qrupunda Xorvatiya 20 xalla 2-ci, Ukryana isə 17 xalla 3-cü olub.