Həmin restoran İDDİALARA CAVAB verdi: "Hər şey aydın olacaq"
Digərləri 22 Noy 2025 12:10:00 63 0
Xəbər verdiyimiz kimi, Yasamalda 3 nəfərin həlak olduğu yanğına görə sakinlər "LOFT" restoranını ittiham edirlər.
Bu xəbəri də oxu: Kosmetoloji klinikalar standartlara niyə cavab vermir?
Son.az məsələ ilə bağlı restoranla əlaqə saxlayıb.
"LOFT" restoranının rəhbərliyi Yasamal rayonunda baş verən yanğınla bağlı ittihamları rədd edib.
Bildirilib ki, yanğın restoranın daxilində deyil, binada baş verib:
"Əgər yanğın restoranda baş versəydi, obyektin hər hansısa hissəsi zərər görə bilərdi. Amma restoran heç bir ziyan çəkməyib. Üstəlik, restoranın üzərində yerləşən stomatoloji mərkəzə də heç bir zərər dəyməyib. İddiaları qəbul etmirik. Dövlətimiz var, araşdırma aparılacaq və hər şey aydın olacaq".
Qeyd edək ki, Bakı şəhəri, Yasamal rayonu, Mirəli Seyidov küçəsində çoxmərtəbəli yaşayış binasında yanğın olub. Hadisə nəticəsində 3 nəfər həlak olub, tüstüdən zəhərlənmə diaqnozu ilə hospitalizasiya olunan 27 nəfərdən 20-nə (13-ü kişi, 7-si qadın) zəruri tibbi xidmətlər göstərilib. Vəziyyəti qənaətbəxş qiymətləndirilən şəxslər ambulator müalicə üçün evə buraxılıblar.
Hazırda 7 nəfərin (5-i qadın, 2-si kişi) müalicəsi Toksikologiya şöbəsində davam etdirilir. Onlardan 6 nəfərin vəziyyəti orta ağır, 1 nəfər azyaşlının vəziyyəti isə ağır olaraq qiymətləndirilir.
Mina Mikayılova Son.az
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Abşeron rayonunun Hökm
Xəbər verdiyimiz kimi, Bakı şəhəri Yasamal rayonunun Mirəli Seyidov küç
Fatihdə dörd nəfərlik Böcek ailəsinin zəhərlənərək ölməsi ilə bağ
Faciə çox sürətlə baş verdi. Qonşular hadisəni bilib aşağı düşürd�
Ankoricdə keçirilən görüş zamanı Rusiya tərəfi mövcud çətinliklərə
Klarnet ifaçısı Hüseyn Məhəmmədoğlu aktrisa həyat yoldaşı Aysel İbra
Nigeriyanın şimal-mərkəzi Niger əyalətində silahlı qrupun katolik məkt�
Komediya aktyoru Fərda Amin illər sonra metroya minib.
"Kurtlar Vadisi" serialında canlandırdığı Memati obrazı ilə gen
Hazırda nağdsız ödənişlərin geniş vüsət alması kağız pulların gün
Ötən gecə Yasamal rayonunda yerləşən çoxmərtəbəli yaşayış binasınd
Son.az "Baku Network"da dərc olunmuş məqaləni təqdim edir:
Dünən Bakının Yasamal rayonunda Mirəli Seyidov küçəsində yerləşən ç
Bu gün dumanlı hava şəraiti ilə əlaqədar bəzi avtomobil yollarında gör
