Leyla Əliyeva, Arzu Əliyeva və Alena Əliyeva Lənkəranda fermer təsərrüfatı ilə tanış olublar FOTO
Siyasət 22 Noy 2025 11:21:00 67 0
Heydər Əliyev Fondunun vitse-prezidenti, IDEA İctimai Birliyinin təsisçisi və rəhbəri Leyla Əliyeva, Bakı Media Mərkəzinin rəhbəri Arzu Əliyeva və Alena Əliyeva Lənkəranda "Citrus Valley" fermer təsərrüfatına baxış keçiriblər.
Bu xəbəri də oxu: Avropa uğurlarımıza niyə "lal" olub?
AZƏRTAC xəbər verir ki, təsərrüfatın sahibi Rəftarə Şükürova Azərbaycanın ilk aqro-qastro-ekoturizm məkanlarından biri olan "Citrus Valley"in yalnız 2024-cü il ərzində 15 mindən çox turist qəbul etdiyini deyib. Bildirib ki, burada qonaqlar üçün kənd təsərrüfatı proseslərini, xüsusilə meyvə yığımını izləmək, yerli mətbəxin təamlarını dadmaq və onların hazırlanmasını öyrənmək üçün ustad dərslərində iştirak etmək, eləcə də ətraf mühitlə yaxından tanış olmaq imkanı mövcuddur.
Leyla Əliyeva, Arzu Əliyeva və Alena Əliyeva fermer təsərrüfatında yaradılan şəraitlə yaxından tanış olub, məhsullara baxış keçirib, burada çalışan əməkdaşlarla səmimi söhbət edib və onlara fəaliyyətlərində uğurlar arzulayıblar. Sonda təsərrüfatın kollektivi ilə xatirə fotoşəkilləri çəkdirilib.
Ankoricdə keçirilən görüş zamanı Rusiya tərəfi mövcud çətinliklərə
Klarnet ifaçısı Hüseyn Məhəmmədoğlu aktrisa həyat yoldaşı Aysel İbra
Nigeriyanın şimal-mərkəzi Niger əyalətində silahlı qrupun katolik məkt�
Komediya aktyoru Fərda Amin illər sonra metroya minib.
"Kurtlar Vadisi" serialında canlandırdığı Memati obrazı ilə gen
Hazırda nağdsız ödənişlərin geniş vüsət alması kağız pulların gün
Ötən gecə Yasamal rayonunda yerləşən çoxmərtəbəli yaşayış binasınd
Son.az "Baku Network"da dərc olunmuş məqaləni təqdim edir:
Dünən Bakının Yasamal rayonunda Mirəli Seyidov küçəsində yerləşən ç
Bu gün dumanlı hava şəraiti ilə əlaqədar bəzi avtomobil yollarında gör
Heydər Əliyev Fondunun vitse-prezidenti, IDEA İctimai Birliyinin təsisçisi
Müğənni Qumral Musayeva "Öz aramızda" verilişində plastik əmə
Bakının Binəqədi rayonunda, Binəqədi şosesindəki təmir işləri başa �
Rusiyanın Kamçatka yarımadasında 6 maqnitudada zəlzələ qeydə alınıb.
