Kağız pullar yoxa çıxıb Daha lazım olmayacaq


Digərləri 22 Noy 2025 10:00:00 43 0

Kağız pullar yoxa çıxıb  Daha lazım olmayacaq

Hazırda nağdsız ödənişlərin geniş vüsət alması kağız pulların gündəlik istifadəsini xeyli azaldıb. Mobil ödəniş sistemləri və kartla alış-veriş imkanlarının artması nəticəsində insanlar getdikcə daha çox elektron ödənişlərə üstünlük verirlər. Bu isə kağız pullara marağın azalmasına və onların tədricən dövriyyədən çıxmasına zəmin yaradır.

Məsələ ilə bağlı iqtisadçı Eldəniz Əmirov Son.az-a açıqlamasında bildirib ki, pullar zamanla tamamilə aradan çıxacaq. Bu, sadəcə vaxt məsələsidir. Bəzi ölkələrdə daha tez, digərlərində bir qədər gec baş verəcək, amma bir gün kağız pul tamamilə tarixə qovuşacaq.

Bunun həm müsbət, həm də mənfi tərəflərinin olduğunu deyən iqtisadçının sözlərinə görə, hazırki mərhələdə kağız puldan imtinanın əsas müsbət tərəfi odur ki, nağdsiz ödənişlər artır:

"Nağdsiz ödənişlərin çoxalması isə kölgə iqtisadiyyatının azalması, maliyyə planlamasının daha dəqiq aparılması, həmçinin fiziki pul itkisi risklərinin aradan qalxması deməkdir".

Amma mənfi tərəflər danışan E.Əmirov hesab edir ki, bu mənfi tərəflər xüsusilə fərdlər üçün daha çox hiss olunur.

Vurğulayıb ki, birinci mənfi məqam psixoloji təsirdir. İnsanlar nağdsiz ödəniş edəndə, pulun onlardan çıxmasını real olaraq hiss etmirlər:

"Amma nağd vəsaiti əlində verəndə psixoloji olaraq "itki hissi" yaşayırlar ki, bu da onları daha qənaətcil davranmağa sövq edir. Nağdsiz ödənişlərdə isə bu nəzarət zəifləyir".

İqtisadçının fikrincə ikinci mühüm məsələ məxfilikdir. İzah edib ki, nağdsiz ödənişlərdə hər əməliyyat izlənilir və qeydiyyata düşür. Nağd ödənişlərdə isə vətəndaşın hara və nə qədər xərclədiyi barədə məlumat demək olar ki, yoxdur:

"Əlbəttə, böyük məbləğlərdən söhbət gedirsə, onların da nağd şəkildə dövr etməsi qanunvericiliklə məhdudlaşdırılır və müəyyən həddən sonra nağdsiz ödəniş məcburi xarakter alır. Bu isə dövlət üçün başadüşüləndir. İqtisadi statistikanın dəqiqləşdirilməsi və kölgə iqtisadiyyatının nəzarətə alınması baxımından vacibdir".

Son olaraq bildirib ki, nağdsiz ödənişlərin artması və kağız pulların tarixə qovuşması qaçılmaz reallıqdır və bunu qəbul etmək lazımdır:

"Sadəcə olaraq vətəndaş psixoloji olaraq başa düşməlidir ki, nağdsiz ödəsə belə, bu yenə də onun öz vəsaitidir. İnsanın beyninin bunu qəbul etməsi vacibdir ki, maliyyə davranışlarında səhvlərə yol verməsin".

Mina Mikayılova Son.az

Yanğına görə restoranı ittiham etdi  FOTO like
  • 22 Noy 09:55  
Digərləri Yanğına görə restoranı ittiham etdi FOTO

Ötən gecə Yasamal rayonunda yerləşən çoxmərtəbəli yaşayış binasınd

arrow Ətraflı
Həmin yanğında ölənlərdən biri də komendant imiş like
  • 22 Noy 09:48  
Digərləri Həmin yanğında ölənlərdən biri də komendant imiş

Dünən Bakının Yasamal rayonunda Mirəli Seyidov küçəsində yerləşən ç

arrow Ətraflı
Sürücülərin diqqətinə! like
  • 22 Noy 09:46  
Digərləri Sürücülərin diqqətinə!

Bu gün dumanlı hava şəraiti ilə əlaqədar bəzi avtomobil yollarında gör

arrow Ətraflı
Leyla və Alena Əliyevalar Lənkəranda Baytarlıq Klinikası ilə tanış olublar  FOTO like
  • 22 Noy 09:36  
Siyasət Leyla və Alena Əliyevalar Lənkəranda Baytarlıq Klinikası ilə tanış olublar FOTO

Heydər Əliyev Fondunun vitse-prezidenti, IDEA İctimai Birliyinin təsisçisi

arrow Ətraflı
"Qorxuram belə etsəm, ərim məni qoyub gedər" like
  • 22 Noy 09:20  
Şou-biznes "Qorxuram belə etsəm, ərim məni qoyub gedər"

Müğənni Qumral Musayeva "Öz aramızda" verilişində plastik əmə

arrow Ətraflı
Bakının 7 kəndinin sakinlərinə şad xəbər like
  • 22 Noy 09:12  
Digərləri Bakının 7 kəndinin sakinlərinə şad xəbər

Bakının Binəqədi rayonunda, Binəqədi şosesindəki təmir işləri başa �

arrow Ətraflı
Qonşu ölkədə güclü zəlzələ oldu like
  • 22 Noy 09:11  
Dünya Qonşu ölkədə güclü zəlzələ oldu

Rusiyanın Kamçatka yarımadasında 6 maqnitudada zəlzələ qeydə alınıb.

arrow Ətraflı
Təbrizdən gətirilən minlərlə psixotrop tərkibli dərman ələ keçdi like
  • 22 Noy 09:00  
Kriminal Təbrizdən gətirilən minlərlə psixotrop tərkibli dərman ələ keçdi

Hava Nəqliyyatında Baş Gömrük İdarəsi əməkdaşlarının həyata keçird

arrow Ətraflı
Faciəvi şəkildə ölən Emil hərbi xidmətdən yeni gəlibmiş like
  • 22 Noy 08:53  
Digərləri Faciəvi şəkildə ölən Emil hərbi xidmətdən yeni gəlibmiş

Xəbər verdiyimiz kimi, Bakıda Emil Cəmil oğlu Quliyev (2005), Əkbər Zeyna

arrow Ətraflı
Nikolay Baskovun fantastik toy qiyməti like
  • 22 Noy 08:24  
Şou-biznes Nikolay Baskovun fantastik toy qiyməti

Rusiyanın Xalq artisti Nikolay Baskovun korporativ tədbirlərdə və toylarda

arrow Ətraflı
Dünyanın ən zərif və nəzakətli bürcləri açıqlandı like
  • 22 Noy 08:08  
Digərləri Dünyanın ən zərif və nəzakətli bürcləri açıqlandı

Astroloqlar empatiya, yumşaq ünsiyyət tərzi və zərif davranışları ilə

arrow Ətraflı
Uzun aradan sonra barışdılar like
  • 22 Noy 07:36  
Şou-biznes Uzun aradan sonra barışdılar

Aşıq Telli Borçalı ilə Zülfiyyə İbadova arasında yaşanan qalmaqal biti

arrow Ətraflı
Ən ləzzətli mandalin mürəbbəsinin sirri  4 sadə üsulla mükəmməl dad like
  • 22 Noy 07:07  
Digərləri Ən ləzzətli mandalin mürəbbəsinin sirri 4 sadə üsulla mükəmməl dad

Təbii dadı və təravəti ilə mandalin mürəbbəsi həm səhər süfrələr

arrow Ətraflı
“Avroviziya”da səsvermə qaydaları dəyişdi like
  • 22 Noy 06:35  
Şou-biznes “Avroviziya”da səsvermə qaydaları dəyişdi

"Avroviziya" 2026 üçün böyük dəyişikliklər edilib.

arrow Ətraflı