Prezident dərman preparatları istehsalı müəssisəsinin açılışında iştirak edib FOTO


Siyasət 22 Noy 2025 12:02:00 51 0

Prezident dərman preparatları istehsalı müəssisəsinin açılışında iştirak edib  FOTO

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Abşeron rayonunun Hökməli qəsəbəsində "Scandens Pharmaceutical Industries Ltd" MMC-nin dərman preparatları istehsalı müəssisəsinin açılışında iştirak edib.

Son.az xəbər verir ki, iqtisadiyyat naziri Mikayıl Cabbarov və baş direktor Kamran Həsənov dövlətimizin başçısına müəssisə barədə məlumat verdilər.

Beynəlxalq standartlara uyğun layihələndirilən müəssisə Almaniya, İsveçrə və İtaliyanın qabaqcıl texnologiya və avadanlıqları ilə təchiz olunub. İl ərzində müəssisədə antibiotiklər, diabetologiya, hepatologiya, kardiologiya, andrologiya, allerqologiya və qastroenterologiya sahələrinə aid təxminən 800 milyon ədəd tablet və kapsul dərman preparatı istehsal olunacaq. İstehsal olunan məhsullar həm daxili bazara çıxarılacaq, həm də gələcəkdə ixrac ediləcək. Müəssisədə 120 iş yeri yaradılıb.

Dəyəri 74 milyon manat olan layihə özəl investisiya hesabına həyata keçirilib. Şirkət İqtisadiyyat Nazirliyi tərəfindən verilmiş investisiya təşviqi sənədi hesabına idxal olunan avadanlıqlara görə 6,5 milyon manat güzəşt əldə edib.

Müəssisənin fəaliyyətə başlaması Azərbaycanın əczaçılıq sənayesində yeni inkişaf mərhələsi kimi qiymətləndirilir. Burada xammaldan hazır məhsula qədər dərman preparatlarının istehsalının bütün mərhələləri həyata keçiriləcək. Yeni müəssisə ölkəmizdə əczaçılıq sənayesinin inkişafına və yerli istehsalın güclənməsinə töhfə verəcək. Yerli və beynəlxalq tələblərə cavab verən rəqabətqabiliyyətli məhsulların istehsalı ölkəmizin ixrac imkanlarını da genişləndirəcək.

Müəssisə, eyni zamanda, əczaçılıq sahəsində peşəkar kadrların hazırlanması və əməli bacarıqların inkişafı üçün baza rolunu oynayacaq. "Scandens Pharmaceutical Industries Ltd" MMC, Azərbaycan Tibb Universiteti, Macarıstanın Peç Universiteti və "Panon Pharma" şirkəti arasında imzalanmış dördtərəfli Memorandum çərçivəsində burada əczaçı və qeyri-əczaçı ixtisasları üzrə qısa və uzunmüddətli təlim və təcrübə proqramlarının həyata keçirilməsi nəzərdə tutulub.

Prezident İlham Əliyev müəssisəni işə saldı.

Müəssisənin damında ümumi gücü 450 kVt/saat olan 710 ədəd Günəş paneli quraşdırılıb ki, enerji sərfiyyatının təxminən 40 faizi bu panellər vasitəsilə ödənəcək.

"Heç evdə olmurdu, onu əcəl apardı" like
  • 22 Noy 11:51  
Şou-biznes "Heç evdə olmurdu, onu əcəl apardı"

Xəbər verdiyimiz kimi, Bakı şəhəri Yasamal rayonunun Mirəli Seyidov küç

arrow Ətraflı
Həmin ailənin faciəvi ölümündə yeni detal  Əvvəl də olub... like
  • 22 Noy 11:36  
Digərləri Həmin ailənin faciəvi ölümündə yeni detal Əvvəl də olub...

Fatihdə dörd nəfərlik Böcek ailəsinin zəhərlənərək ölməsi ilə bağ

arrow Ətraflı
Heydər Mirzə yanğının təfərrüatlarını açıqladı like
  • 22 Noy 11:24  
Digərləri Heydər Mirzə yanğının təfərrüatlarını açıqladı

Faciə çox sürətlə baş verdi. Qonşular hadisəni bilib aşağı düşürd�

arrow Ətraflı
"Rusiya sülh danışıqlarına hazırdır" like
  • 22 Noy 11:04  
Digərləri "Rusiya sülh danışıqlarına hazırdır"

Ankoricdə keçirilən görüş zamanı Rusiya tərəfi mövcud çətinliklərə

arrow Ətraflı
Hüseynlə aktrisa xanımının FOTOsu diqqət çəkdi like
  • 22 Noy 10:51  
Şou-biznes Hüseynlə aktrisa xanımının FOTOsu diqqət çəkdi

Klarnet ifaçısı Hüseyn Məhəmmədoğlu aktrisa həyat yoldaşı Aysel İbra

arrow Ətraflı
Nigeriyada məktəbə basqın   215 şagird, 12 müəllim qaçırıldı like
  • 22 Noy 10:42  
Dünya Nigeriyada məktəbə basqın 215 şagird, 12 müəllim qaçırıldı

Nigeriyanın şimal-mərkəzi Niger əyalətində silahlı qrupun katolik məkt�

arrow Ətraflı
Tanınmış azərbaycanlı aktyor metroda görüntüləndi  VİDEO like
  • 22 Noy 10:20  
Şou-biznes Tanınmış azərbaycanlı aktyor metroda görüntüləndi VİDEO

Komediya aktyoru Fərda Amin illər sonra metroya minib.

arrow Ətraflı
Arif Buzovnalı vəfat etdi like
  • 22 Noy 10:17  
Digərləri Arif Buzovnalı vəfat etdi

Şair, qəzəlxan Arif Buzovnalı vəfat edib.

arrow Ətraflı
"Memati"nin dəyişimi diqqət çəkdi  FOTO like
  • 22 Noy 10:09  
Digərləri "Memati"nin dəyişimi diqqət çəkdi FOTO

"Kurtlar Vadisi" serialında canlandırdığı Memati obrazı ilə gen

arrow Ətraflı
Kağız pullar yoxa çıxıb  Daha lazım olmayacaq like
  • 22 Noy 10:00  
Digərləri Kağız pullar yoxa çıxıb Daha lazım olmayacaq

Hazırda nağdsız ödənişlərin geniş vüsət alması kağız pulların gün

arrow Ətraflı
Yanğına görə restoranı ittiham etdi  FOTO like
  • 22 Noy 09:55  
Digərləri Yanğına görə restoranı ittiham etdi FOTO

Ötən gecə Yasamal rayonunda yerləşən çoxmərtəbəli yaşayış binasınd

arrow Ətraflı
Həmin yanğında ölənlərdən biri də komendant imiş like
  • 22 Noy 09:48  
Digərləri Həmin yanğında ölənlərdən biri də komendant imiş

Dünən Bakının Yasamal rayonunda Mirəli Seyidov küçəsində yerləşən ç

arrow Ətraflı
Sürücülərin diqqətinə! like
  • 22 Noy 09:46  
Digərləri Sürücülərin diqqətinə!

Bu gün dumanlı hava şəraiti ilə əlaqədar bəzi avtomobil yollarında gör

arrow Ətraflı
Leyla və Alena Əliyevalar Lənkəranda Baytarlıq Klinikası ilə tanış olublar  FOTO like
  • 22 Noy 09:36  
Siyasət Leyla və Alena Əliyevalar Lənkəranda Baytarlıq Klinikası ilə tanış olublar FOTO

Heydər Əliyev Fondunun vitse-prezidenti, IDEA İctimai Birliyinin təsisçisi

arrow Ətraflı