"Heç evdə olmurdu, onu əcəl apardı"
Şou-biznes 22 Noy 2025 11:51:00 52 0
Xəbər verdiyimiz kimi, Bakı şəhəri Yasamal rayonunun Mirəli Seyidov küçəsində yerləşən çoxmərtəbəli binada baş verən yanğın zamanı həyatını itirənlərdən biri də Bakı Milli Geyim Evinin rəhbəri Könül Vəlibəyli olub.
Bu xəbəri də oxu: Pekkanda şiş aşkarlandı
Son.az xəbər verir ki, müğənni Xuraman Şuşalı mərhumla yaxın dostluq etdiklərini bildirib. O, sosial şəbəkədə Könül Vəlibəylinin görüntüsünü paylaşaraq onun illərdir milli geyimlərinin hazırlanmasında ən güvəndiyi şəxs olduğunu vurğulayıb.
Şuşalı paylaşımında Könül Vəlibəylinin Azərbaycan milli geyimlərini dünyaya tanıdan sənətkar olduğunu qeyd edərək, ölüm xəbərinin özünə çox ağır gəldiyini deyib. Müğənni mərhumun tez-tez xaric səfərlərində olduğunu, demək olar ki, evdə çox az qaldığını, elə buna görə də onun həmin an evdə olmasına inanmağın çətin olduğunu söyləyib. O, yanğın zamanı Könül Vəlibəylinin telefonunun hadisə yerində tapıldığını da qeyd edib.
Xuraman Şuşalı dostunu "çox zəhmətkeş, daim çalışan və yaxşı insan" kimi xatırladığını bildirib: "Hər zaman tələsik idi, sanki ölümə də tələsdi. Əcəl apardı... O Ən gözəl milli geyimlərimi həmişə o hazırlayırdı", - deyə sənətçi sözlərinə əlavə edib.
Hüseyn Son.az
Fatihdə dörd nəfərlik Böcek ailəsinin zəhərlənərək ölməsi ilə bağ
Faciə çox sürətlə baş verdi. Qonşular hadisəni bilib aşağı düşürd�
Ankoricdə keçirilən görüş zamanı Rusiya tərəfi mövcud çətinliklərə
Klarnet ifaçısı Hüseyn Məhəmmədoğlu aktrisa həyat yoldaşı Aysel İbra
Nigeriyanın şimal-mərkəzi Niger əyalətində silahlı qrupun katolik məkt�
Komediya aktyoru Fərda Amin illər sonra metroya minib.
"Kurtlar Vadisi" serialında canlandırdığı Memati obrazı ilə gen
Hazırda nağdsız ödənişlərin geniş vüsət alması kağız pulların gün
Ötən gecə Yasamal rayonunda yerləşən çoxmərtəbəli yaşayış binasınd
Son.az "Baku Network"da dərc olunmuş məqaləni təqdim edir:
Dünən Bakının Yasamal rayonunda Mirəli Seyidov küçəsində yerləşən ç
Bu gün dumanlı hava şəraiti ilə əlaqədar bəzi avtomobil yollarında gör
Heydər Əliyev Fondunun vitse-prezidenti, IDEA İctimai Birliyinin təsisçisi
Müğənni Qumral Musayeva "Öz aramızda" verilişində plastik əmə
