Millimiz Avropanın ən nümunəvi komandaları sırasında


İdman 09 Okt 2017 20:18:00 325 0

Millimiz Avropanın ən nümunəvi komandaları sırasında

DÇ-2018-in seçmə mərhələsinin bəzi statistik göstəriciləri məlumdur. Goal.az xəbər verir ki, Azərbaycan millisi qitənin ən nümunəvi komandaları sırasındadır.  Robert Prosineçkinin yetirmələri keçirdiyi 10 qarşılaşmada 81 fola yol verib. Bu isə Avropada 2-ci ən yaxşı göstəricidir. Yalnız seçmə mərhələni başa vuran Almaniya millisi bizi qabaqlayır– 68 qayda pozuntusu.

Bu gün və sabah X turun matçlarında meydana çıxacaq komandalar yığmamızın mövqeyinə təsir edə bilməyəcək. Ona görə də millimiz artıq tsiklin 2-ci intizamlı komandası adını qazanıb. Ən intizamlı yığmalar siyahısında 3-cü yerin sahibinə son qarşılaşmalar aydınlıq gətirəcək.