Klublararası Dünya çempionatının püşkü atılıb


İdman 09 Okt 2017 17:24:00 334 0

Klublararası Dünya çempionatının püşkü atılıb

2017-ci ildə Abu-Dabidə təşkil olunacaq Klublararası dünya çempionatının püşkü atılıb. Çempionatda FİFA-nın bütün Konfederasiyaları tərəfindən təşkil olunan ən nüfuzlu klub turnirlərinin qalibi və BƏƏ çempionu "Al Jazira" iştirak edəcək. Goal.az xəbər verir ki, UEFA Çempionlar Liqasının son qalibi "Real" mübarizəyə yarımfinaldan qoşulacaq. Madrid klubunun rəqibi "Al Jazira" - "Auckland City" (Zeni Zelandiya) cütünün qalibi ilə Asiya Çempionlar Liqasının qalibi arasındakı oyundan sonra müəyyənləşəcək.

Turnirin 1/4 final mərhələsində "Pachuca" Afrika Çempionlar Liqasının qalibi ilə qarşılaşacaq. Bu görüşdə qələbə qazanan komanda "Libertadores Kuboku"nun qalibi ilə münasibətlərini aydınlaşdıracaq. Oyun dekabrın 12-də baş tutacaq. Klublararası Dünya çempionatının finalı və 3-cü yer uğrunda oyunu dekabrın 16-a planlaşdırılır.