"Barcelona" İniesta ilə müddətsiz müqavilə imzalayıb


İdman 06 Okt 2017 14:52:00 335 0

"Barcelona" İniesta ilə müddətsiz müqavilə imzalayıb

"Barcelona" yarımmüdafiəçisi Andres İniesta ilə yeni müqavilə imzalayıb. Goal.az xəbər verir ki, 33 yaşlı havbek karyerasının sonuna kimi anlaşma əldə edib. İniesta 1996-cı ildən katalon klubunun şərəfini qoruyur. O, klubun akademiyasına 12 yaşında gəlib. Ümumilikdə 639 oyunda "Barcelona" formasını geyinən futbolçu 30 titul qazanıb.