Ramos: "Ölkənin dünyada oyatdığı təəssürat xoşuma gəlmədi"


İdman 06 Okt 2017 16:56:00 306 0

Ramos: "Ölkənin dünyada oyatdığı təəssürat xoşuma gəlmədi"

"Real Madrid" və İspaniya millisinin müdafiəçisi Serxio Ramis ölkədə hökm sürən siyasi vəziyyət barədə danışıb. Goal.az xəbər verir ki, təcrübəli futbolçu Kataloniyada keçirilən referendum günü polisin insanlara zorakılıq tətbiq etməsindən narazılıq edib.

"Bir ispan kimi ölkənin dünyada oyatdığı təəssürat xoşuma gəlmədi. Ümid edirəm, məsələ yaxın vaxtlarda həll olunar və demokratik ölkədə yaşamağa davam edərik" - Ramos deyib.