"Spoting"in hücumçusu zədələnib


İdman 05 Okt 2017 14:18:00 321 0

"Spoting"in hücumçusu zədələnib

Lissabon "Sporting"inin hücumçusu Seydu Dumbia zədələnib. Goal.az xəbər verir ki, 29 yaşlı forvard 2 ay komandasına kömək edə bilməyəcək. O, Çempionlar Liqasının qrup mərhələsində "Barcelona" ilə qarşılaşmada (0:1) zədə almışdı.

Onun sıradan çıxmasını Kot-d`İvuar millisinin baş məşqçisi Mark Vilmots da təsdiqləyib. Onun sözlərinə görə futbolçunun diz vətərlərində problem var. Ko-t`İvuar oktyabrın 6-da Mali, noyabrın 10-da isə Mərakeşlə qarşılaşacaq.