Millimiz ilk oyunda sülhə razılaşdı


İdman 05 Okt 2017 11:45:00 401 0

Millimiz ilk oyunda sülhə razılaşdı

19 yaşadək futbolçulardan ibarət komandalar arasında Avropa çempionatının seçmə mərhələsində Azərbaycan yığması ilk oyununu keçirib.

Goal.az xəbər verir ki, İrlandiya komandasına qarşı keçirilmiş oyun heç-heçə ilə yekunlaşıb – 0:0.

Futbolçularımız növbəti oyununu oktyabrın 7-də, Bakı vaxtı ilə saat 18:00-da Serbiya yığmasına qarşı keçirəcək.

Xatırladaq ki, yığmamızın yer aldığı 7-ci qrupun oyunları İrlandiyada təşkil olunub.