Facebook Premyer Liqa oyunlarını yayımlaya bilər


İdman 05 Okt 2017 11:12:00 435 0

Facebook Premyer Liqa oyunlarını yayımlaya bilər

Dünyada 2 milyard əhalinin istifadə etdiyi Facebook sosial şəbəkəsi İngiltərə Premyer Liqası oyunlarının yayım hüquqlarını almaq niyyətindədir. Goal.az xəbər verir ki, şəbəkənin idman departamentinin direktoru Den Rid İngiltərə Futbol Assosasiyası (FA) ilə 3 il müddətinə anlaşma imzalamaq istədiklərini bildirib.

"Premyer Liqa bizim üçün vacib tərəfdaşdır. Biz sıx əməkdaşlıq edirik. Amma bu imkandan yararlanacağımızı deməklə hadisələri qabaqlamaq istəməzdim. İstisna etmirəm ki, yayım hüquqlarına sahib çıxmağa çalıaşcağıq" - Rid deyib.

Ötən il Facebook reklamdan 20 milyard dollar qazanmışdı. Burda istifadəçiləri 650 milyonu idman azarkeşləridir.