Joze Mourinyonun adına küçə


İdman 04 Okt 2017 12:13:00 444 0

Joze Mourinyonun adına küçə

"Manchester United”in baş məşqçisi Joze Mourinyonun adı küçəyə verilib. Goal.az xəbər verir ki, 54 yaşlı portuqaliyalı mütəxəssisin doğulduğu Setubal şəhərindəki küçələrdən biri onun adını daşıyacaq. 2018-ci il dünya çempionatının seçmə qrup matçları ilə əlaqədar yaranmış fasilədən istifadə edən Mourinyo küçənin açılış mərasiminə qatılıb. O, bildirib ki, doğulduğu Setubal şəhəri onun üçün xüsusi əhəmiyyətlidir: “Setubal yeganə şəhərdir ki, özümü özüm kimi hiss edirəm. Mən insanların “Xüsusi” və buna bənzər ləqəbləri unutduğu şəhərə gəlirəm”. Mourinyo 26 yanvar 1963-cü ildə dünyaya gəlib.