İtaliya millisinin sabiq futbolçusu B Seriyasında


İdman 03 Okt 2017 18:15:00 433 0

İtaliya millisinin sabiq futbolçusu B Seriyasında

İtaliya millisinin sabiq futbolçusu Alberto Cilardinyo karyerasını B Seriyasında davam etdirəcək. Goal.az xəbər verir ki, 35 yaşlı forvard "Spezia" ilə müqavilə imzalayıb. Müqavilə 2 il müddətinə nəzərdə tutulub. O, yeni klubunda 10 nömrəli forma geyinəcək. Cilardinyonun son klubu "Pescara" olub.

İtaliyalı hücumçu karyerası ərzində "Verona", "Parma", "Milan", "Fiorentina", "Genoa", "Bologna", "Guangzhou Evergrande", "Palermo" və "Empoli"nin şərəfini qoruyub.