"Manchester United" "qara bazar"la ciddi mübarizəyə başlayır


İdman 03 Okt 2017 15:46:00 474 0

"Manchester United" "qara bazar"la ciddi mübarizəyə başlayır

"Manchester United" ştatda yeni vəzifə təsis edib. Goal.az "Daily Mail"ə istinadən xəbər verir ki, rəhbərlik "qara bazar"la mübarizə aparmaq qərarına gəlib. Bu məsələni nəzarətdə saxlayacaq əməkdaş stadion ətrafında bilet satanları aşkar etməlidir.

"Qırmızı şeytanlar" 1994-cü ildən biletlərin əlbəəl satışına qadağa qoyub. Biletini satan şəxsə 3 il müddətinə "Old Trafford"a giriş qadağası qoyulur.