Digərləri
2024-11-25 15:40:00
ABŞ-də yaşayan jurnalist Qənirə Ataşova səhifəsinin necə bağladılmasından danışıb. Son.az xəbər verir ki, jurnalist bu barədə sosial şəbəkədə məlumat yayıb. Məlumata əsasən, onun səhifəsini sanki profil ona aid deyilmiş kimi təqdim edilərək başqa böyük izləyiciyə sahib olan hesab tərəfindən bağladılıb. Jurnalist bir çox beynəlxalq təşkilatlara müraciət edərək Meta şirkətində şikayətinin baxılmasına nail olub. Nəticədə onun hesabi geri qaytarılaraq Meta tərəfindən 6 aylıq "mavi tik" alıb. Aysel Əkbər Son.az
2024-11-25 15:21:00
Kaliforniyada çiy süddə quş qripi virusu aşkarlanıb.
2024-11-25 15:20:00
SW AFEZCO və Modern Construction Group arasında mühüm layihələndirmə və tikinti saziş imzalanıb. Razılaşma Silk Way Cargo Village karqo kəndinin inkişafı baxımından böyük əhəmiyyət kəsb edir. Müasir tələblərə cavab verən bu layihə Azərbaycanın logistika və yükdaşımalar üzrə qlobal mərkəzə çevrilmək öhdəliyini vurğulamaqla Ələt Azad İqtisadi Zonasında həyata keçiriləcək.
2024-11-25 15:18:00
Rusiya ordusu Xarkovun mərkəzini raket zərbəsi ilə hədəfə alıb. Son.az xəbər verir ki, zərbə nəticəsində 23 nəfər yaralanıb. "S-400" raketi ilə edilən hücumda 40-dan çox yaşayış binası zədələnib. Ukrayna Prezidenti Vladimir Zelenski Xarkovda raket zərbəsindən sonra xilasetmə işlərinin aparıldığını qeyd edib.
2024-11-25 15:15:00
Göyçay "KOB FEST"ə qatılmaq istəyən mikro, kiçik və orta sahibkarlıq subyektləri noyabrın 29-dək KOBİA-ya müraciət edə bilərlər.
2024-11-25 14:58:00
Azərbaycanın 2025-ci il üçün gözlənilən büdcə xərcləri Ermənistan və Gürcüstanın birlikdə büdcə xərclərindən 1,3 dəfə çoxdur.
2024-11-25 14:54:00
"Bakıda söküntü işlərinin aparılması əsasən sifarişçilərdən, o cümlədən iş adamlarından asılıdır".
2024-11-25 14:50:00
"İnfrastrukturu inkişaf etdirmək, hər bir halda, hər şeyi dövlətdən gözləməmək, əksinə dövlətə yeni ideyalarla dəstək olmaq lazımdır".
2024-11-25 14:29:18
Adanada məscid imamı bıçaqlanaraq öldürülüb.
2024-11-25 14:18:00
Rayonların birində kasıb ailədə böyüyən, heç vaxt məktəbə getməyən qız 12 yaşında məcburi ərə verilib.
2024-11-25 13:29:00
Malatyada 787 nəfər sığınacağa yerləşdirilib, bir nəfər ölüb. Son.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, güclü qar səbəbindən yolda qalan 787 vətəndaş böyük çətinliklə xilas edilərək qonaq evlərinə yerləşdirilib.
2024-11-25 12:55:00
2025-ci ildə Mərkəzi Bankın pul siyasətinin əsas məqsədi inflyasiyanın hədəf diapazonunda saxlanılmasıdır.
2024-11-25 12:53:00
Bu ilin əvvəlindən Vergi Məcəlləsinə edilmiş dəyişikliklər nəticəsində milli valyutada kiçikhəcmli əməliyyatların sayında artım müşahidə olunur.
2024-11-25 12:51:00
Prezident İlham Əliyevin qarşımızda qoyduğu tapşırıqların icrasının təmini 2025-ci ilin dövlət büdcəsinin layihəsi hazırlanarkən əsas götürülüb. Azərbaycan Respublikasının 2030-cu ilədək sosial-iqtisadi inkişafına dair milli prioritetlərinə söykənən 2022-2026-cı illərdə sosial iqtisadi inkişaf strategiyasının məqsədlərinin reallaşması, o cümlədən Qarabağ və Şərqi Zəngəzurun bərpası və yenidən qurulması, keçmiş məcburi köçkünlərin doğma torpaqlarına qaytarılması və onlara layiqli həyat şəraitinin yaradılması, işğaldan azad olunmuş ərazilərin ölkə iqtisadiyyatına reinteqrasiyası, müdafiənin və milli təhlükəsizliyin daha da möhkəmləndirilməsi, əhalinin etibarlı sosial təminatının gücləndirilməsi ümdə vəzifələr kimi qəbul edilib.
2024-11-25 12:42:00
İran İslam Respublikasının Ərdəbil vilayətinin Aslandüz yaşayış məntəqəsi yaxınlığında Azərbaycan Ordusu Quru Qoşunlarının və İran İslam İnqilabı Keşikçiləri Kopusunun (SEPAH) Quru Qoşunlarının xüsusi təyinatlıları ilə "Araz - 2024" birgə taktiki təlimi keçirilir.
2024-11-25 12:30:00
"Pensiya kapitalından istifadə imkanları bir sıra digər ölkələrdə tətbiq olunur. Ötən gün Milli Məclisin müzakirələrində Sinqapur və ABŞ modelini qeyd etdim. Bu modellər bizim ölkə üçün daha uyğun modellər hesab oluna bilər. Digər ölkələr də həmin modelləri öyrənib tətbiq etməyə çalışırlar".
2024-11-25 12:30:00
Vəkillər Kollegiyasının üzvü Pərviz Məmmədov Azərbaycan Respublikası Ali Məhkəməsinin konkret iş üzrə qərarını şərh edib.
2024-11-25 12:25:00
Ağrıkəsicilərin, xüsusən də qeyri-steroid iltihab əleyhinə preparatların (NSAİİ) müntəzəm istifadəsi mədə zədələnməsinə səbəb ola bilər.
2024-11-25 12:20:48
Azərbaycanda binalarda yeni isitmə sisteminə keçidlə bağlı işlər davam edir.
2024-11-25 12:15:00
Azərbaycanda fəaliyyət göstərən saytlara daxil olmaqda problem yaranıb.
2024-11-25 12:05:00
Milli Hidrometeorologiya Xidmətinin verdiyi məlumata görə Bakıda və Abşeron yarımadasında noyabrın 25-i axşamdan başlayaraq arabir leysan xarakterli yağış yağacağı, noyabrın 26-sı gündüz yağıntıda fasilə olacağı, axşamdan yağışın yenidən başlayacağı, leysan xarakterli intensiv olacağı və yağışın noyabrın 27-si gündüzədək davam edəcəyi gözlənilir. Yarımadanın bəzi yerlərində şimşək çaxacağı ehtimalı var.
2024-11-25 11:55:07
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi (ƏƏSMN) yanında İctimai Şuranın sədri Elşad Məmmədov uşaqpulu məsələsinə münasibət bildirib.
2024-11-25 11:45:00
Adanada avtobus xəndəyə düşüb. Son.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, Adananın Feke rayonunda güclü qar və çovğun nəticəsində xəndəyə düşən mikroavtobusda sıxışan 12 mədən işçisi saatlar sonra xilas edilib.
2024-11-25 11:30:00
Son zamanlar seriallarımız səhnələrinə görə müzakirə mövzusuna çevrilməkdədir.
2024-11-25 11:22:00
Azərbaycan Respublikasının Ali Məhkəməsi xüsusi ittiham qaydasında şikayətlə bağlı materiala baxılması üzrə məhkəmə aidiyyətinin müəyyən edilməsi məsələsinə aydınlıq gətirib.
2024-11-25 11:21:00
"Net Elektrik" MMC-yə inzibati protokol yazılıb.
2024-11-25 11:15:00
İqtisadçı ekspert Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi (ƏƏSMN) yanında İctimai Şuranın sədri Elşad Məmmədov pensiya yaşının azaldılması məsələsinə münasibət bildirib. Son.az "modern.az"a istinadlar xəbər verir ki, ekspert bu məsələyə elmi və real yanaşmanın vacibliyini vurğulayıb və populyist yanaşmalardan uzaq durulması çağırışı edib. Ekspert hesab edir ki, pensiya yaşının azaldılması ilə bağlı siyasi spekulyasiyalardan qaçmaq lazımdır və bu məsələyə cəmiyyətə reallığı çatdırmağa çalışan alimlər, ekspertlər və analitiklər daha elmi cəhətdən yanaşmalıdırlar.
2024-11-25 11:04:00
Bu gün saat 11:00-dan etibarən məktəbəhazırlıq qrupları və 1-ci sinif şagirdlərinin yerdəyişməsi prosesi aktiv edilib.
2024-11-25 10:50:00
"Kəlbəcər rayonu 1993-cü il aprelin 2-də Ermənistanın işğalçı ordusu tərəfindən zəbt olunmuşdu. İşğal nəticəsində 511 dinc sakin öldürülüb, 321 nəfər əsir götürülüb və itkin düşüb. 60 min nəfər kəlbəcərli respublikanın 56 rayonunun 770 yaşayış məntəqəsində müvəqqəti məskunlaşmağa məcbur olub".