“Azərbaycanda Ermənistan və Gürcüstanın cəmindən 1,3 dəfə çoxdur”
Digərləri 25 Noy 2024 14:58:00 112 0
Azərbaycanın 2025-ci il üçün gözlənilən büdcə xərcləri Ermənistan və Gürcüstanın birlikdə büdcə xərclərindən 1,3 dəfə çoxdur.
Bu xəbəri də oxu: Təyyarədən sağ çıxan rusiyalı stüardessanın cəsarətindən danışdı
Son.az xəbər verir ki, bunu report.az-a Milli Məclisin bu gün keçirilən plenar iclasında parlamentin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin sədri Azər Əmiraslanov bildirib.
"Azərbaycanın 2025-ci il üçün gözlənilən büdcə xərcləri 24,3 milyard ABŞ dolları olmaqla Ermənistan və Gürcüstanın birlikdə büdcə xərclərinin cəmindən (18,8 milyard ABŞ dolları) 1,3 dəfə çoxdur. Azərbaycanın növbəti il üzrə proqnozlaşdırılan 19,5 milyard manatlıq və ya 11,5 milyard ABŞ dollarlıq qeyri-neft büdcəsi də sosialyönlü xərclərdən ibarət olan məbləğcə 16,9 milyard manat və ya təxminən 10 milyard ABŞ dolları təşkil edən sosial büdcəmiz də Ermənistanın 2025-ci il üçün planlaşdırdığı büdcə gəlirlərini 30-50 % üstələyir", - o vurğulayıb.
Onun sözlərinə görə, Azərbaycan Dövlət Neft Fondunun transfertləri nəzərə alınmasa belə, Azərbaycanın büdcə gəlirləri artım dinamikasına malikdir: "Belə ki, transfertsiz büdcə gəlirləri 2023-cü ildə 23,5 milyard manat, 2024-cü ildə 23,6 milyard manat olduğu halda, 2025-ci ildə 23,8 milyard manat proqnozlaşdırılıb".
"Bakıda söküntü işlərinin aparılması əsasən sifarişçilərdən,
"İnfrastrukturu inkişaf etdirmək, hər bir halda, hər şeyi dövlətdə
6 dekabr tarixində saat 19:00-da M.Maqomayev adına Azərbaycan Dövlət Akadem
Prezident İlham Əliyev G.B.Baxşəliyevanın "Şöhrət" ordeni ilə
Rayonların birində kasıb ailədə böyüyən, heç vaxt məktəbə getməyən
Danla Bilic Hülya Avşarın YouTube proqramında şəxsi həyatı ilə bağlı
Sərdar Ortaç və Mehmet Əli Ərbilin hakim qarşısına çıxacağı tarix a�
Malatyada 787 nəfər sığınacağa yerləşdirilib, bir nəfər ölüb. S
Dünya geosiyasi münaqişələr, iqtisadi qeyri-sabitlik və ekoloji böhranlar
2025-ci ildə Mərkəzi Bankın pul siyasətinin əsas məqsədi inflyasiyanın
Bu ilin əvvəlindən Vergi Məcəlləsinə edilmiş dəyişikliklər nəticəsi
Prezident İlham Əliyevin qarşımızda qoyduğu tapşırıqların icrasının
İran İslam Respublikasının Ərdəbil vilayətinin Aslandüz yaşayış mənt